Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Qazilər.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.