Şabran rayonunda yaşayış olmayan evin hasarı məhəllədə oyun oynayan uşaqların üzərinə aşıb,
Qazilər.az Report-a istinadla xəbər verir ki, hadisə Şabran şəhəri, M.Əsədov küçəsində qeydə alınıb.
Nəticədə 2011-ci il təvəllüdlü Fəqan Ruslan oğlu Məmmədov hadisə yerində ölüb, 2011-ci il təvəllüdlü Pənah Zaur oğlu Məmmədov və 2007-ci il təvəllüdlü İlkin Mahir oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan uşaqlara Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.