Bu gün Ermənistan Təhlükəsizlik Şurasının binası qarşısında “ARF Daşnaksütyun” partiyasının nümayəndələri mitinq keçiriblər.
Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, partiya fəalları Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistanın Türkiyəni düşmən dövlət hesab etməməsi və İrəvanın yanaşmalarında bəzi düzəlişlərin olması barədə bəyanatına etirazlarını bildiriblər.
Etirazçılar Təhlükəsizlik Şurasının binası qarşısında Türkiyənin bayrağını yandırıblar. Onlar bayrağı Türkiyəyə nəyisə göstərmək üçün deyil, baş nazir Nikol Paşinyan və Armen Qriqoryanı qəzəbləndirmək üçün yandırdıqlarını qeyd ediblər.
“Bu binada illərdir ki, erməni ordusuna qarşı kampaniya aparan, xarici dövlətlərin maraqlarına xidmət edən, xalqın - ordunun fikrini ələ salan biri oturur”, - ARF nümayəndəsi Qeqam Manukyan deyib.
Təhlükəsizlik Şurasının işçilərinə müraciət edən Manukyan bu məsələdə alət olduqlarını bildirib və onları ayağa qalxmağa çağırıb.