Şahidlər danışdı: Nihad Əliyev İstanbulda necə güllələndi?

Şahidlər danışdı: Nihad Əliyev İstanbulda necə güllələndi? backend

İstanbulun Beşiktaş səmtindəki lüks oteldə ötən gün yerli vaxtla saat 23:00-da başından aldığı güllə yarası ilə özəl xəstəxanalardan birinə yerləşdirilən və bu gün günorta saatlarında vəfat edən iş adamı Nihad Əliyevin güllələnməsinin detalları açıqlanıb.

Qazilər.az xəbər verir ki, ötən gün Nihad Əliyev otelə 6 dostu ilə birgə gəlib. 6 dostu ilə 3 qız dəvət edərək, otelin restoranında əylənən Nihad Əliyev daha sonra otel otağında əyləncəni davam etdirib.

Bu zaman otaqdan güllə səsi gəlib və otel işçiləri otağa daxil olarkən N.Əliyevin gicgahından aldığı tək güllə ilə yerdə uzandığını görüblər. Olay yerinə təcili yardım və polis çağırılıb.

N.Əliyevin 6 dostu və 3 xanım gözaltına alınıb. Şahidlər istintaqa bildiriblər ki, N.Əliyev əyləncənin ortasında belindəki tapançanı çıxararaq, gizgahına dayayıb. İddia edilib ki, N.Əliyev tapançanın boş olduğunu zənn edib. Şahidlər bildirib ki, ona “Şeytan doldurar” deyə, tətiyi çəkməməyi xahiş ediblər. N.Əliyev isə dinləməyib və əminliklə tətiyi çəkib. Bu zaman isə güllə açılıb.

Qeyd edək ki, bundan öncə türk mediası onun intihara cəhd etdiyini bildirmişdi. Daha sonra isə N.Əliyevin oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələndiyi haqda iddia yayılmışdı.

Axar.az

Diaspora