Göyçayda özünü asmaq istəyən şəxsi anası xilas etdi

Göyçayda özünü asmaq istəyən şəxsi anası xilas etdi backend

Göyçay rayonunda intihara cəhd olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb.

Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Diaspora