Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub backend

Martın 23-də yerli vaxtla saat 07:08-də Qazax stansiyasından 41 kilometr şimal-şərqdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Tovuz rayonunda 3 bal olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində hər hansı bir dağıntı qeydə alınmayıb.
Diaspora