Vaqif Əsədovdan YPX avtomobilinin qəza törətməsi ilə bağlı AÇIQLAMA

Vaqif Əsədovdan YPX avtomobilinin qəza törətməsi ilə bağlı AÇIQLAMA backend

Bakıda baş verən qəzada yaralanan və ölən olmayıb. Polis maşını minik avtomobili ilə toqquşub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, sözügedən ünvanda baş verən qəza digər avtomobilin sürücüsünü yol hərəkəti qaydasını pozması nəticəsində olub:

“Belə ki, 10-VY-110 dövlət nömrə nişanlı minik avtomobili ilə 90-YP-358 dövlət nömrə nişanlı polis maşını toqquşub. Hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı bəlli olub ki, qəzaya səbəb minik avtomobilidir. Sözügedən avtomobilin sürücüsünə müvafiq protokol yazılıb. Qəza yüngül maddi ziyanla nəticələnib”.


18:05

Bakıda yol polisi xidməti avtomobili ilə qəza törədib.

Oxu.Az xəbər bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.

Hadisə paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib.

Belə ki, Dövlət Yol Polisinə məxsus 358 nömrəli xidməti avtomobil yol kənarındakı dirəyə çırpılıb.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Qəza nəticəsində həmin istiqamətdə avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Diaspora