Baş nazir: “Bahalaşmaya qarşı müvafiq tədbirlər görüləcək”

Baş nazir: “Bahalaşmaya qarşı müvafiq tədbirlər görüləcək” backend

Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deputatların təklifləri barədə danışıb.

Qazilər.az xəbər verir ki, Ə.Əsədov qeyd edib ki, qaldırılan məsələlər, səslənən təkliflər istiqamətində araşdırmalar aparılacaq.

O bildirib ki, hökumət tərəfindən lazımi işlər görüləcək. Baş nazir məhsulların qiymətlərin bahalaşmasından da danışıb.

“Hökumət tərəfindən süni qiymət artımına qarşı müvafiq tədbirlər görüləcək. Bahalaşma bəzən bizdən asılı olmur. Belə ki, idxal edilən məhsulların özünün qiyməti istehsal edilən ölkələrdə qalxır, bizə baha gəlir”, - deyə Ə.Əsədov əlavə edib.
Diaspora