“Bəzən vətəndaşlar təqaüd adı altında pensiyanı da nəzərdə tuturlar. Əslində pensiya sosial sığorta ödənişidir”.
Qazilər.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.O bildirib ki, təqaüd və müavinətlər dövlət tərəfindən müəyyən təbəqəyə verilən ödənişdir: “Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə verilən yardımdır”.