Vergi Məcəlləsində dəyişikliklər təsdiqləndi

Vergi Məcəlləsində dəyişikliklər təsdiqləndi backend

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Qazilər.az xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

164-cü maddə üzrə:

- 164.1.27-ci maddədə “4” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;

- 164.1.36-cı maddədə “3” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

- 164.1.43-cü maddədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

- 164.1.48-ci maddədə “1 il” sözləri “2 il” sözləri ilə əvəz edilsin.

164.1.53-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 164.1.54-cü – 164.1.55-ci maddələr əlavə edilsin:

“164.1.54. qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə;

164.1.55. külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı.”.

188.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 188.1.7-ci maddə əlavə edilsin:

“188.1.7. bu Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə.”.

190-cı maddə üzrə:

- 190.1-ci maddənin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda on ikinci və on üçüncü abzaslar əlavə edilsin:

“– istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər;

– qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları.”;

- 190.3-cü maddəyə “energetik içkilərə” sözlərindən sonra “, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, qəlyan üçün tütünlərə, habelə qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına” sözləri əlavə edilsin;

- 190.3.7-ci maddədə “31,0” rəqəmləri “43,0” rəqəmləri ilə əvəz edilsin;

- 190.3.8-ci maddədə “31,0” rəqəmləri “35,0” rəqəmləri ilə əvəz edilsin;

- 190.3.12-ci maddədə “20,0” rəqəmləri “100,0” rəqəmləri ilə əvəz edilsin;

- 190.3.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 190.3.14-cü və 190.3.15-ci maddələr əlavə edilsin:

“190.3.14. istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər – hər kiloqramına 30,0 manat;

190.3.15. qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.”;

- 190.3-1-ci maddədə “190.3.12-ci və 190.3.13-cü” sözləri “190.3.12-ci – 190.3.15-ci” sözləri ilə əvəz edilsin.
Diaspora