Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı backend

Maliyyə Nazirliyinin məlumatı...

Bu il yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 100,4 milyon ABŞ dolları və yaxud 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19 %-ni, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,7 %-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 milyon ABŞ dolları (14 996,5 milyon manat) və yaxud ÜDM-in 20,7 %-ni təşkil edib.

Qazilər.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Ötən ilin sonuna birbaşa daxili dövlət borcu 1 726 milyon manat və yaxud ÜDM-in 2,4 %-i, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və yaxud ÜDM-in 0,3 %-i, daxili dövlət borcu 1 942,1 milyon manat və yaxud ÜDM-in 2,7 %-i qədər olub.
Diaspora