Gəlirlərimiz 19,8 milyard manata çatıb

Gəlirlərimiz 19,8 milyard manata çatıb backend

2015-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 19,8 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4,9 faiz artıb.



Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 74,2 faizi son istehlak xərclərinə, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6,2 faiz çox vəsait qalıb.
Diaspora