Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, dünya bazarında neftin qiyməti “dibə çatıb” və bundan sonra artmağa başlayacaq.
“APA-Economics”in “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.Agentliyin ekspertləri hesab edir ki, artım “o qədər də güclü templə baş verməyəcək”.
Proqnozlara əsasən, 2016-cı ildə “qara qızıl”ın 1 barelinin qiyməti 60 dollara qədər artacaq.