Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əşrəf Adəm Saad Mustafa Bajbir Zəngilanda ermənilər tərəfindən dağıdılmış məsciddə namaz qılıb.
Qazilər.az “Report”a istinadla xəbər verir ki, diplomat erməni vandallığına məruz qalmış məsciddə ibadət edib.“Həmd olsun ki, biz bura gəldik, məscid öz sahiblərinə qayıtdı və biz burada namaz qıla bildik”, - deyə səfir namazdan sonra deyib.
Qeyd edək ki, Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.