Azərbaycanda pensiyalar indeksləşdirilərək 11,4 % artırılır

Azərbaycanda pensiyalar indeksləşdirilərək 11,4 % artırılır backend

2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 % artırılır.

Qazilər.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir. 2020-ci ildə də pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 % və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır.
Diaspora