"Sanksiyaların ləğvi neft hasilatına təsir edəcək". "Qərb ölkələri tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunması enerji sektoruna canlanma gətirəcək".
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev deyib."Bu qərar bizi sevindirir. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də, bu, OPEC tərəfindən kvotanın artırılması ilə nəticələnəcək", - deyə nazir qeyd edib.
N. Əliyev bildirib ki, İran qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması regionda yeni əməkdaşlıqlara yol açacaq.