Biləsuvarda məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib

Biləsuvarda məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib backend

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu yanvarın 23-də Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair cari ilin ilk işgüzar forumunu keçirib.

QAZİLƏR.AZ-ın APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr, o cümlədən cins heyvandarlıq, çörək və şirniyyat, tikiş və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Çıxışlarda bu investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istək və arzularına uyğun olaraq istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi bildirilib.
İşgüzar forum çərçivəsində Cəbrayıl rayonundan olan 13 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 115 min manat güzəştli kredit verilib. Qeyd edək ki, 4 saylı qəsəbədə dövlət tərəfindən ayrılmış güzəştli kredit hesabına süd emalı sexinin tikintisinə başlanılıb.

Diaspora