Vətən Müharibəsi bitdikdən sonra qanunsuz erməni silahlı birləşmələri tərəfindən şəhid edilən ilk döyüşçümüz Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsindən olan çavuş Elmir Qənbərovdur.
Elmir Qənbərov dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi istiqamətində 6 nəfərlik erməni dəstəsi ilə üz-üzə gəlib. Həmin zaman üzbəüz döyüşdə Elmir ürəyindən aldığı güllə yarası ilə şəhid olub."Yeni Müsavat" Media Qrupu olaraq qəhrəmanlarımızı tanımaq və tanıtmaq üçün başladığımız layihə çərçivəsində bu dəfə 38 yaşlı şəhidimiz Elmir Qənbərovu və onun ailəsini yaxından tanıyaq.
Qeyd edək ki, Elmir Qənbərov müharibədən sonra Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsində göstərdiyi qəhrəmanlığa görə medallarla təltif edilib, “Vətən uğrunda” medalına layiq görülüb.