Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb backend

Ölkənin çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. QAZİLƏR.AZ saytının verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-190, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Yanvarın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 144 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 54 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.

Yanvarın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 360 sm (2014-cü il yanvarın 23-də 422 sm), Şirvanda 225 sm (2014-cü il yanvarın 23-də 280 sm), Salyanda 204 sm (2014-cü il yanvarın 23-də 253 sm), Bankədə 200 sm (2014-cü il yanvarın 23-də 227 sm), Araz çayının Novruzlu məntəqəsində isə 112 sm (2014-cü il yanvarın 23-də 170 sm) təşkil edir.
Diaspora