2021-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı 2 198,755 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Qazilər.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, həmin vəsaitin 2 031,668 milyon manat xarici dövlət borcu ( o cümlədən 466,27 milyon manatı faiz ödənişləri), 167,087 milyon manatı isə daxili dövlət borcu (o cümlədən 160,176 milyon manatı faiz ödənişləri) üçün nəzərdə tutulub.