Azərbaycanın əti Rusiya bazarında

Azərbaycanın əti Rusiya bazarında backend

Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın ət məhsulları istehsalı müəssisələrinin qiymətləndirilməsi prosesini başa çatdırır.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıda səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviç bildirib.

O, qeyd edib ki, bu xüsusi proses yaxın vaxtlarda başa çatacaq: "Qiymətləndirmənin yekununa görə hansısa iradlar olarsa, biz onları tərəfdaşlarımıza göndərəcəyik. Ümid edirik ki, tezliklə Azərbaycanın ət məhsulları Rusiya bazarına çıxacaq".
Diaspora