Bako Saakyanı (Qarabağdakı separatçı-terrorçuların keçmiş lideri – red.) ağlayan gördüm.
Qaziler.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu 90-cı illərin Qarabağ canilərindən olan Şahe Əcəmyan deyib.O, Feysbuk səhifəsində yazıb:
“Cəbhəyə yola düşməmişdən öncə Xankəndidə kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım. Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.
Xatırladaq ki, Şahe Əcəmyan 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçudur. 1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı olub. Hazırda İrəvanda yaşayan Əcəmyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb.