Amerika fond bazarında Dow Jones indeksi 0,53% - 17 729,21 bəndədək, S&P 500 0,42% - 2 046,74 bəndədək, NASDAQ 0,39% - 4 726,01 bəndədək azalıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,24% - 6 837,15 bəndədək, Fransa CAC-40-ı 0,85% - 4 651,08 bəndədək, Almaniya DAX-ı isə 1,69% - 10 663,51 bəndədək ucuzlaşıb.Asiya fond bazarında Nikkei 225 indeksi 0,73% - 17 581,78 bəndədək, Hang Seng 0,04% - 24 511,85 bəndədək azalıb, Shanghai 0,78% - 3 119,12 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 0,90 dollar bahalaşaraq 1 242,40 dollara, gümüş isə 0,07 dollar ucuzlaşaraq 17,00 dollara satılıb.