“Azəriqaz": İstilik mövsümünə hazırıq

“Azəriqaz": İstilik mövsümünə hazırıq backend

Energetika Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə məktubla müraciət edib.

Qaziler.az bildirir ki, bu barədə "Report"a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, məktubda deyilir ki, istilik mövsümünə tez başlanılarsa, müvafiq qurumlar hazırlıqlı olmalıdır: "Nazirlər Kabinetinin qərarı ilə koronavirus (COVID-19) infeksiyasının eniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2 noyabr 2020-ci il tarixinə qədər uzadılıb. Eyni zamanda son bir neçə gündə yoluxma hallarının artması nəticəsində regionlarda karantin rejiminin sərtləşdirilməsi tədbirləri görülür. Məhdudiyyətlərin tətbiq olunması və müəyyən qadağaların sərtləşdiriləcəyi nəzərə alınarsa, vətəndaşların fərdi yaşayış evləri və mənzillərində daha çox olacağı qaçılmazdır. Ona görə də istilik mövsümünə daha tez başlanılmasına qərar verilərsə, əhalinin istilik təchizatında çətinliklərin yaranmaması üçün mövsümə hazırlıq bağlı müvafiq tədbirlərin sürətləndirilməsinə zərurət yarana bilər".

Artıq “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu barədə müvafiq struktur bölmələrə tapşırıqlar verib. İstilik mövsümü tez başlasa, “Azəristiliktəchizat” ASC-nin balansında olan mərkəzləşdirilmiş qazanxanaları qazla təmin edən qaz xətlərinin saz vəziyyətdə olmasına nəzarət gücləndiriləcək, qarşılıqlı olaraq sifarişçi təşkilatla iş fəaliyyəti qurulacaq. Aşkarlanan qüsurlar isə dərhal aradan qaldırılacaq. İstehsalar Birliyi öz öhdəsinə düşən işlərin vaxtında, operativ həllinə tam təminat verir.
Diaspora