“Krokus Qrup” şirkətinin prezidenti, azərbaycanlı milyarder Araz Ağalarov və oğlu Emin Ağalarov şirkətin maliyyə öhdəliklərini yerinə yetirmək məqsədilə kredit götürüblər.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu Emin Ağalarov RBK telekanalına müsahibəsində deyib.“Şirkətlər qrupunun sahibi olan atam Araz Ağalarov və mən kredit götürdük, böyük məbləği o götürdü”, - Emin Ağalarov bildirib.
E.Ağalarov götürdükləri kreditin məbləğini açıqlamasa da, “Krokus Qrup”un mətbuat xidməti RBK-ya açıqlamasında onun 100 milyon rubl məbləğində olduğunu bildirib.
Emin Ağalarov karantin tətbiqindən sonra ticarət mərkəzlərində trafikin hələ bərpa olunmadığını və 20-25 faiz azaldığını deyib.