AMEA-nın xərcləri azaldıldı

AMEA-nın xərcləri azaldıldı backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş göstəriciləri bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılıb.

"Report"un əldə etdiyi məlumata görə, azaldılma Maliyyə Nazirliyinin "Büdcə sistemi haqqında" qanunun 17-ci maddəsinə müvafiq olaraq yenidən baxılmış 2020-ci il büdcə göstəricilərinin təqdim edilməsi barədə" AMEA-ya ünvanladığı məktubuna əsasən həyata keçirilib.

Bununla da AMEA-nın dövlət büdcəsindən maliyyələşən elmi müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılıb ki, müəssisə və təşkilatların 2020-ci il üçün nəzərdə tutulmuş xərclər smetasının icrasında bir sıra xərc maddələri üzrə azalmalar nəzərə alınsın.

Diaspora