“Azəriqaz” daha bir pilot layihə həyata keçirir

“Azəriqaz” daha bir pilot layihə həyata keçirir backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində məsləhət xidmətləri üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, layihəyə görə əməliyyat səmərəliliyi, qaz itkisi sisteminin təkmilləşdirilməsi, qaz şəbəkəsinin yenidən qurulması, nəqliyyat dəstəyi istiqamətləri üzrə tövsiyyələrin hazırlanması, icra prosesinə müşahidə dəstəyinin göstərilməsi, “Azəriqaz” İB-nin işçi qrupu üçün təlimlərin təşkili planlaşdırılıb.

Bakı şəhərinin Sabunçu rayonunda reallaşdırılan pilot layihəyə bu ilin iyunun 1-dən start verilib. Plan üzrə işlər 8 ay davam edəcək.

Pilot layihə çərçivəsində “Azəriqaz” İB-nin əməkdaşları sənayenin ən qabaqcıl təcrübəsinə yiyələnə biləcək, tövsiyyələr əsasında əməliyyat fəaliyyəti təhlil olunacaq, məsləhətlər təqdim olunacaq. Bu işdə Birlik, tanınmış xarici təşkilatların mütəxəssislərinin təcrübəsindən də yararlanacaq.

Pilot layihənin həyata keçirilməsindən əvvəl və sonra çatışmazlıqların təhlili və əsas səmərəlilik göstəricilərinin monitorinqinin aparılması əsas hədəflərdəndir. Təhlil və tövsiyyələri özündə cəmləyən yekun hesabat, Bakı şəhəri daxilində 4 istiqamət üzrə gələcək fəaliyyəti ehtiva edən yol xəritəsinin hazırlanması üçün yaxşı baza rolunu oynayacaq. Bakı şəhərinin Sabunçu rayonunda pilot layihənin həyata keçirilməsi başa çatdıqdan sonra bu təşəbbüsün digər istehsalat sahələrinə ötürülməsi də nəzərdə tutulub.
Diaspora