“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
APA-nın məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.