Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.
Qazilər.az-ın APA-ya istinadla verdiyi xəbərə görə avqustun 7-də, təxminən saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Onun 4 aylıq hamilə olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.