"Hər işin birincisi çətin olur. Birincisi olmasına baxmayaraq, Avropa Oyunlarını belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanı təbrik edirəm". Bunu Trend-ə açıqlamasında Türkiyə Boks Federasiyasının prezidenti Eyup Gözgeç deyib.
Federasiya prezidentinin sözlərinə görə, Bakı-2015 birinci Avropa Oyunlarında təşkilatçılıq mükəmməl səviyyədədir: “Azərbaycanın dövlət başçısı İlham Əliyev ailəsi ilə birlikdə yarışları addım-addım izlədi. Təbii ki, bu, ölkənin idmana verdiyi dəyərin göstəricisidir. Bundan başqa, Azərbaycanda hər kəs Avropa Oyunlarına hazırlaşıb. Heç kimin də burada heç bir çətinliyi olmadı. Nə gediş-gəlişdə, nə də yerləşmədə problem oldu. Allah azərbaycanlı qardaşlarımızdan razı olsun”.Türkiyə Boks Federasiyası: Azərbaycanda hər kəs Avropa Oyunlarına hazırlaşıb
