Azərbaycan neftinin əsas idxalçılarının reytinqi - SİYAHI

Azərbaycan neftinin əsas idxalçılarının reytinqi - SİYAHI backend

Bu ilin yanvar-may aylarında Azərbaycan 13 773 410,51 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, dəyər ifadəsində neftin ixracı 5,07 mlrd. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan xam neftinin əsas ixracı İtaliyaya olub. Azərbaycan İtaliyaya 2,4 mlrd. dollar dəyərində 5 791 860,32 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

MDB ölkələri arasında Azərbaycan xam neftinin ixracında əsas pay sahibi Ukrayna olub. Bu ilin beş ayı ərzində Ukrayna Azərbaycandan 185,1 mln. dollar dəyərində 681 097,46 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.

Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları:
Diaspora