1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşlarından ibarət daha 51 şəhidin 75 vərəsəsinə də yaxın günlərdə birdəfəlik ödəmə (11 min manat) veriləcək.
Qazilər.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiya bununla əlaqədar qərar qəbul edib.Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.
Ümumilikdə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşlarından ibarət 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 12 mindən çox şəhidin 18 mindən çox vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.
Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 99 faiz icra olunub.