"Həmçinin Beynəlxalq Valyuta Fondu tərəfindən qiymətləndirilmələrə görə, iqtisadiyyatı qarşıdan gələn illər ərzində 1933-cü ildə beynəlxalq iqtisadi böhrandan bu yana görülməmiş böhran gözləyir”.
Qazilər.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib:"Koronavirus təkcə səhiyyə və sağlamlıq problemi kimi qəbul edilməməlidir. Təbii ki, bunun ən başlıca elementi insanların sağlamlığı ilə əlaqədardır. Amma bununla bərabər dünya miqyasında fəsadları qarşıdan gələn illər ərazində özünü göstərəcək sosial, iqtisadi, maliyyə, humanitar və digər problemlərə yol açır. Bu günə qədər dünyada hərbi münaqişələr mövcud idi. Koronavirus dünyada gedən prosesləri daha da ağırlaşdırır. Dünya miqyasında donor resusrlarının məhdudlaşması prosesi baş verir. Həmçinin beynəlxalq valyuta fondu tərəfindən qiymətləndirilmələrə görə, iqtisadiyyatı qarşıdan gələn illər ərzində 1933-cü ilə beynəlxalq iqtisadi böhrandan bu yana görülməmiş böhran gözləyir. Bütün bunlar qlobal miqyasda koronavirusun doğurduğu fəsadlardır”.