Eksperdən Saleh Məmmədova: "Sifarişləri icra edən şirkətlərin siyahısını açıqlayın"

Eksperdən Saleh Məmmədova: "Sifarişləri icra edən şirkətlərin siyahısını açıqlayın" backend

"Bu dəfə 190 manat təxminən 300 min şəxsə ödəniləcək".

Qazilər.az Qaynarinfo-ya isitinadla xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, ödəmələr üçün bu dəfə büdcədən 50-60 milyon manat arasında vəsait xərclənəcək:



"Əvvəlki ödəmənin coğrafiyasına görə, onu alanların 25 faizi Bakıda, 4 faizi Sumqayıtda, 3 faizi Gəncədə yaşayır. Lənkəran və digər 4 rayonla bağlı məlumat olmasa da, onları da əlavə etsək, ehtimal ki, bu dəfə 190 manat təxminən 300 minə qədər şəxsə ödəniləcək. Bunun üçün büdcədən 50-60 milyon manat arasında vəsait xərclənəcək və başqa şəhərlər və rayonlarda 190 manat ödənilmədiyindən bir o qədər də xərc ixtisar olunacaq. Böhran dövründə büdcə qənaət rejiminə keçəndə ilk dəfə deyil ki, əhaliyə ödənişlərdən kəsirlər. Bundan əvvəl icbari tibbi sığortada da eyni yanaşma müşahidə olundu. Bütün ölkə üçün nəzərdə tutulan tibbi sığortaya 903 milyon manat vəsait ayrılmasına baxmayaraq, Bakı şəhəri və rayonlarda keçid gələn ilə təxirə salınması ilə əlaqədar onun ən azı yarısına qənaət edilir. Amma məlum səbəblərdən layihə dəyəri şişirdilən yaraşıqlı və bahalı yol infrastrukturuna ayrılan vəsaitlərə qənaət edilmir. Piyada ötürücüləri funksional olmalıdır, əhalinin təhlükəsiz formada yolu keçməsinə xidmət etməlidir. Həqiqətənmi, hazırkı böhran şəraitində belə qeyri-kommersiya məqsədli layihələrə böyük pullar xərcləyib, əhaliyə çatacaq 190 manatı kəsib, sahibkara nəzərdə tutulan yardımı verməyən hökümət düz siyasət yeridir? Mən bu sualı qaldırmaqla piyada keçidlərinin tikilməsinin əleyhinə çıxış etmirəm. İnsanların təhlükəsizliyi üçün belə infrastrukturun rolunu dəyərləndirirəm. Amma, 190 manatı işsizlərdən kəsən hökümət məncə belə parıltılı layihələrlə kasıbların "gözünü" qamaşdırmalı deyil, ehtiyacı olanlara yardım etməlidir".
Diaspora