2015-ci ilin yanvar ayında ötən ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm də sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz ucuzlaşma olub.Bununla yanaşı, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunub.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.
Yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6 faiz ucuzlaşıb.