İcra məmurlarının maddi təminatı ilə bağlı qanuna dəyişiklik edilir

İcra məmurlarının maddi təminatı ilə bağlı qanuna dəyişiklik edilir backend

Azərbaycanda icra məmurlarının maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsi təklif olunur.

Qazilər.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, bununla bağlı “İcra məmurları haqqında” qanuna yeni məzmunda dördüncü hissə əlavə edilir.

Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Diaspora