Azərbaycanda ünvanlı dövlət sosial yardımı almaq hüququ verilən kateqoriyaların sayı artırılır.
Qazilər.az-ın məlumatına görə, bununla əlaqədar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik təklif edilir.Bu dəyişikliyə əsasən, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması da ailəyə sosial yardım almaq hüququ verəcək.