Ötən il dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsaitlər də (187,6 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 13,7 faizi həcmində və ya 3354,2 milyon manat vəsait yönəldilib.
APA-nın məlumatına görə, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.Hesabatda qeyd edilib ki, bu 2018-ci illə müqayisədə 20,7 milyon manat və ya 0,6 faiz çoxdur.
Həmçinin hesabatda bildirilib ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (155,7 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 6,8 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 1660,8 milyon manat vəsait yönəldilib. Bu da 2018-ci illə müqayisədə 208,2 milyon manat və ya 14,3 faiz çoxdur.