CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 22-də 15,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,49 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 14,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,81 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 14,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,18 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 13,24 dollar/barel olub. Bu da əvvəlki göstəricidən 5,86 dollar/barel azdır.