Macarıstan parlamentinin sədri Azərbaycana gəlir

Macarıstan parlamentinin sədri Azərbaycana gəlir backend

Macarıstan parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən biri olan Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-da Azərbaycana səfər edəcək.

Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işgüzar xarakterli səfər zamanı Milli Məclisdə və Azərbaycan hökumətində bir sıra görüşlər nəzərdə tutulur.

Səfərdə digər məqsəd I Avropa Oyunları ilə tanış olmaq, bu sahədə Azərbaycanın təcrübəsini daha yaxından öyrənməkdir. Səfər çərçivəsində L. Köver Macarıstan milli komandasının üzvləri ilə görüş keçiriləcək.

Səfər iyunun 21-dək davam edəcək.
Diaspora