Azərbaycanda muzdla çalışan hər bir vətəndaşa 716 manat veriləcək - AÇIQLAMA

Azərbaycanda muzdla çalışan hər bir vətəndaşa 716 manat veriləcək - AÇIQLAMA backend

"Baş nazir tərəfindən təsdiq edilən tədbirlər planı həm məşğul əhalini (muzdla işləyən vətəndaşlarımız), həm də işləməyən vətəndaşlarımızın sosial təminatını təmin edir, eyni zamanda onlara birbaşa yardımın həyata keçirilməsini nəzərdə tutur".

Qazilər.az bildirir ki, bunu APA-ya açıqlamasında Baş Nazir tərəfindən təsdiqlənən tədbirlər planını şərh edən millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, əvvəla təsdiq olunan tədbirlər planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulur:

“Burada birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd ondan ibarətdir ki, iş yerlərinin sayı azaldılmasın və həmin sektorlarda çalışan vətəndaşlarımız indiki halda işləməsələr belə əməkhaqqılarını ala bilsinlər. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımızı əhatə edəcək. Eyni zamanda hər hansı bir vətəndaşımız kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsinə malikdirsə, o zaman ona dövlət tərəfindən dəstək olacaq. Belə muzdla çalışan işçilərin sayı 300 min nəfərdir. Bu istiqamətə 215 milyon manat vəsait ayrılacaq. Yəni orta hesabla hər bir muzdla çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq. Təbii ki, burada əməkhaqqı səviyyəsindən asılı olaraq, məbləğ dəyişə bilər. Bəzi vətəndaşlarımız əməkhaqqılarına uyğun olaraq, nisbətən az, bəziləri isə çox yardım alacaq. Bütün hallarda 300 min muzdla çalışan vətəndaşımız məhz bu istiqamətə ayrılan vəsaitdən faydalana biləcək”.
Diaspora