Azərbaycan Banklar Assosiasiyasından bəyanat: müddət 1 ay uzadılsın

Azərbaycan Banklar Assosiasiyasından bəyanat: müddət 1 ay uzadılsın backend

Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanatla çıxış edib.

Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunmasının priortet vəzifə elan edilməsini, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq davamlı yenilənən qərarlarını rəhbər tutaraq və uyğun olaraq bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanatla çıxış etmişdir.

Qazilər.az-ın məlumatına görə, ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılsın.

İstifadə müddətinin uzadılması birtərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.
Diaspora