İtaliyanın Baş Naziri Cuzeppe Konte ölkədə ilk tələbat məhsullarına aid olmayan bütün istehsal müəssisələrinin bağlandığını elan edib.
Trend-in məlumatına görə, Baş Nazir bu barədə "Facebook"da xalqa müraciətində deyib."Biz İtaliyada yalnız ilkin tələbat məhsulları istisna olmaqla bütün istehsal fəaliyyətini dayandırmağı qərara aldıq", - C.Konte bildirib.
"Fövqəladə sanitar vəziyyət fövqəladə iqtisadi vəziyyətə çevrilir, amma biz bunun öhdəsindən gələcəyik", - deyə Baş Nazir əlavə edib. O vurğulayıb ki, məhdudiyyətlər ərzaq mağazalarının və apteklərin işinə aid deyil.