Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-may aylarında təsərrüfat subyektlərinə və əhaliyə 653,2 milyon manatlıq xidmət göstərilib. QAZİLER.AZ saytı xəbər verir ki, İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,6% çoxdur
.Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3% təşkil edib. Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,4%-i mobil telefon rabitəsindən yaranmış və bu xidmətlər 348,8 milyon manat təşkil edib.