Koronavirusa görə dünyada milyonlarla insan iş yerini itirir və ya müvəqqəti evdə qalmaq məcburiyyətindədir.
Xüsusilə bir çox Qərb ölkələrində hökumət vətəndaşa kompensasiya ödəməyə hazır olduğunu bildirib.Bizimyol.info xəbər verir ki, ABŞ-da virusa görə hamıya pul paylayacaqlar. Amerikada böyüklərə 1000, uşaqlara isə 500 dollar verməyi planlaşdırırlar. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu haqda məlumat verib.
Nazirin sözlərinə görə, Ağ Ev ümumilikdə 500 milyard dollar xərcləmək fikrindədir. Bu pul üç həftə müddəti üçün nəzərdə tutulub. Virusa görə böhran davam edərsə, vətəndaşlara yenə pul veriləcək.
Bu dəqiqələrə qədər ABŞ-da 10 min 781 nəfərin virusa yoluxduğu bildirilir. Cəmi 160 nəfər həyatını itirib. Təkcə bu gün 1522 amerikalıda virus aşkarlanıb.