Elman Rüstəmovdan dollar AÇIQLAMASI

Elman Rüstəmovdan dollar AÇIQLAMASI backend

Banklar tərəfindən əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni bu gün valyuta çatışmazlığı problemi yoxdur, vaxtında xidmətetmə problemi var.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, bankların tələbləri hərracda tam şəkildə ödənilir: "Bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilsin ki, bəzi bankların resursları valyuta almağa imkan vermir. Ancaq banklar bir-birinə kömək edir. Ümumilikdə, bank sektoru valyuta ilə təmin olunub. Qeyd edim ki, dünən hərracda bank sektoruna satdığımız valyutanı banklar tam reallaşdıra bilməyib".

AMB-nin sədri onu da əlavə edib ki, bu gün Mərkəzi Bankda növbədənkənar valyuta hərracı keçirilib. Lakin bu gün tələbat ötən günlə müqayisədə iki dəfədən çox aşağı düşüb.

"Bankaların bütün tələbləri ödənilir", - deyə E. Rüstəmov bildirib.
Diaspora