May-iyun aylarında devalvasiya ola bilər

May-iyun aylarında devalvasiya ola bilər backend

“Hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək, amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli səsləndirib.

Neftin qiyməti düşür, bu gün 52 dollar civarındadı. Hələki OPEC və Rusiya sözlü müdaxilələr və hasilatın daha da azaldılması nağılları ilə qiyməti 55 dollar civarında tutmağa çalışır. Sırf iqtisadi amilləri götürsək qiymət 40-45 dollara qədər düşməlidi - çünki dünyada iqtisadi aktivlik kəskin azalır, virus təhlükəsi artıqca daha da azalacaq, hətta virus təhlükəsi yaxın 2 ayda nazarət altına alınsa belə dünyada iqtisadiyyatın özünə gəlməsi azı 6-8 ay çəkəcək.

Belə bir vəziyyətdə zatən manata basqılar artır, təbii ki, hökumət həmən devalvasiya qərarı verməyəcək, azı may-iyun ayına qədər gözləyəcək, amma neft 50 dollardan aşağı düşüb o zamana qədər elə qalsa 10-15%-lik devalvasiya qaçılmaz olacaq.

Sabah, martın 4-də bütün əmanətlərə tədbiq edilən sığortanın müddədi bitir - hökumətdən heç bir açıqlama, mövqe yoxdur. Əgər sabah əmanətlərin tamamının sığortalanması qərarı uzadılmasa əhalinin bir qismi öz əmanətlərini, əsasən də manatla olan əmanətlərini banklardan geri çəkməyə başlayacaq. Bu isə zatən zorla ayaqda duran bank sektoruna ciddi ziyan vuracaq. Banklar onsuz da ölkə iqtisadiyyatı kimi primitiv modellə işləyir, kassa rolunu oynayırlar - depozit götürüb əsasən istehlak krediti verməklə məşğuldurlar, 21-ci əsrin bankı kassa olmur, investisiya mərkəzinə, fonduna çevrilirlər”- deyə o bildirib.
Diaspora