“Qarabağ qaziləri” İctimai Birliyi Türkiyənin Suriyadakı əməliyyatlarına dəstək verib.
Bu barədə Qazilər az saytına birliyin sədri Asəf Əliyev bildirib: “Neçə gündür ki, Türk dünyası böyük həyəcanla qardaş Türkiyəmizin Suriyadakı əməliyyatlarını izləyir. Düşmənlərin xain hücumu nəticəsində şəhid olan Türk əsgərlərinə görə “Qarabağ qaziləri” ictimai birliyi olaraq çox üzüldük. Başın sağolsun, Türkiyəmiz!Biz keçmiş döyüşçülər Türkiyənin Suriyadakı əməliyyatlarını dəstəkləyirik və “yanınızdayıq!” – deyirik. Bildiririk ki, ehtiyac duyulduğu andan Qarabağ qaziləri də sizin yanınızda olacaq! Türkiyənin savaşı haqq savaşıdır! Allah həmişə haqqın, ədalətin yanındadır! Allah Türkiyəmizin köməyi olsun!” – deyə, Asəf Əliyev bildirib.
QAZİLER.AZ