Türk lirəsi tarixi minimumunu yeniləyib

Türk lirəsi tarixi minimumunu yeniləyib backend

Türkiyə lirəsinin parlament seçkilərindən sonra başlayan ucuzşlaşması davam edir. Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, iyunun 9-da dolların məzənnəsi 1 USD-a görə 2,80 lirəyədək artıb.

Qeyd edək ki, ötən gün lirənin dəyəri 5,2 faiz ucuşlaşıb. TRY/USD cütündə qeydə alınmış minimum qiymət 1 diollara görə 2,75 lirə təşkil edib.

2005-ci ilin əvvəlindən türk lirəsi dollara nisbətdə 18 faiz ucuzlaşıb (ilin əvvəlinə olan rəsmi məzənnə 2,3491 TRY/USD təşkil edib) ki, bu da inkişaf etməkdə olan ölkələrin milli valyutaları arasında ən kəskin azalmalardan biridir.

Türkiyə Mərkəzi Bankının iyunun 9-na olan rəsmi məzənnəsi 2,7744 TRY/USD təşkil edir.
Diaspora