Britaniyalı gimnast Brinn Bevan ölkəsini I Avropa Oyunlarında təmsil edəcəyinə görə çox şaddır və fəxr edir ki, tarixdə ilk dəfə keçiriləcək yarışların bir parçası olacaq. QAZİLER.AZ saytı Trend-ə istinadən verdiyi məlumata görə, gimnast British-gymnastics.org saytına müsahibəsində bildirib ki, Oyunlar onun üçün yüksək səviyyədə olan ilk beynəlxalq idman tədbiri olacaq və məqsədi nəyə qadir olduğunu göstərməkdir.
B.Bevanın sözlərinə görə, finala yüksələ və ya medal qazana bilsə, bu onun üçün fantastik hadisə olacaq: "Mənim üçün həyatımda ilk dəfə belə iri yarışda iştirak vacibdir".Qeyd edək ki, gimnast, 2014-cü ildə zədələnmişdi və I Avropa Oyunlarında iştirak etmək üçün intensiv fizioterapiya kursu keçib